Kinomatoqrafçılarının İstirahət Kompleksi
Tarixi və təbiəti ilə məşhur olan Şəki
şəhərində yerləşən bu unikal layihə – Azərbaycan kinomatoqrafçılarının istirahət
kompleksi, yaradıcı sənət adamlarının dincəlməsi, ilhamlanması və sosial ünsiyyət
qurması üçün nəzərdə tutulmuş funksional və estetik məkan kimi planlaşdırılmışdır.
Layihə həm memarlıq baxımından müasirliyi, həm də landşaftla harmonik uyğunluğu
özündə birləşdirir.
Kompleksin əsas məqsədi – sənət adamları üçün rahat, təbiətlə təmasda, eyni zamanda
yaradıcılığı təşviq edən şəraitin yaradılmasıdır.
Layihənin əsas elementləri:
- Müasir və daş-şüşə harmoniyasına əsaslanan yaşayış və istirahət evləri
- Təbiət mənzərəsinə açılan gözətçi və panoramik salonlar
- Sosial və ictimai sahələr: görüş otaqları, konfrans salonu və yaradıcılıq məkanları
- Açıq hava istirahət zonaları – gəzinti yolları, terraslar və oturacaq sahələri
- Avtomobil dayanacaq sahələri və təhlükəsiz giriş-çıxış sistemləri
Kompleksin memarlıq forması ənənəvi Şəki
üslubunun müasir interpretasiyası ilə birləşdirilərək daş, ağac və şüşə kimi təbii
materiallardan istifadə ilə qurulmuşdur. Binalar təbii relyefə uyğun şəkildə
yerləşdirilərək həm funksional bölünmə, həm də vizual baxımdan tarazlıq təmin
edilib.
Bu kompleks sadəcə bir istirahət məkanı deyil, həm də
Azərbaycan kinosunun yaradıcı simaları üçün ilhamverici və zövqlə düşünülmüş bir
məkandır. Cənub Regional bu layihə ilə sənətə, insanlara və mədəniyyətə dəyər verən
bir yanaşmanı nümayiş etdirir.