Müştəri / Şirkət:

Real Tv Televİzİya Kanali

Kateqoriya:

Tv Kanali

Layihə sahəsi:

342.4 m²

Layihə yeri:

Bakı

REAL TV Televiziya Kanalı

REAL TV Televiziya Kanalına məxsus ərazi üzrə hazırlanan memarlıq planlaşdırma layihəsi funksional və texniki baxımdan dəqiq yanaşma ilə tərtib olunmuşdur. Ərazidə həm mövcud, həm də layihələndirilmiş binalar bir araya gətirilərək müasir tələblərə cavab verən, səmərəli və istifadəyə yönəlik struktur formalaşdırılıb.

Layihə sahəsi üzrə əsas göstəricilər:

  • Ayrılmış torpaq sahəsi: 0.11 ha
  • Bina və qurğuların tikinti sahəsi: 324.2 m²
  • Ərazinin tikinti faizi: 33.1 %
  • Mövcud və layihələndirilmiş mərtəbələrin ümumi sahəsi: 1148.48 m²
  • 1-6 mərtəbəli ofis binası
  • 9 mərtəbəli mövcud yaşayış binası

Tikinti planında həm funksionallıq, həm də estetik baxımından balanslı bir konsept formalaşdırılıb. Mövcud və yeni tikililər arasında vizual və planlaşdırma uyğunluğu saxlanılıb. Şaquli və üfüqi həcm bölgüsü tikinti sıxlığına nəzarət etmək üçün optimallaşdırılıb.

Cənub Regional bu layihədə də memarlıq dəqiqliyini, şəhərsalma standartlarını və funksional planlamanı bir araya gətirərək REAL TV üçün rahat, effektiv və planlı tikinti mühiti formalaşdırmışdır.