Müştəri / Şirkət:

Ağstafa Piyada Gəzinti Parkı

Kateqoriya:

Gəzinti Parkı

Layihə sahəsi:

0.14 hektar

Layihə yeri:

Ağstafa

Ağstafa Piyada Gəzinti Parkı

Ağstafa şəhərinin mərkəzində salınması planlaşdırılan Piyada Gəzinti Parkı layihəsi şəhər sakinləri və ziyarətçilər üçün istirahət, əyləncə və təbiətlə təmas imkanı yaradan funksional bir ictimai məkan kimi layihələndirilib. Cenubi Regional bu layihədə insan axınını, urbanist uyğunluğu və ekoloji tarazlığı əsas götürərək, memarlıq baxımından balanslı və cəlbedici bir park mühiti hazırlamışdır.

Ərazidə nəzərdə tutulan əsas elementlər:

  • Layihələndirilmiş Köşk
  • Layihələndirilmiş Dekorativ Hovuz
  • Abadlaşdırma sərhədində ərazinin sahəsi: 0.14 ha
  • Yaşıllaşdırma sahəsi: 101.1 m²
  • Daş örtüyünün sahəsi: 275.9 m²
  • Asfalt örtüyünün sahəsi: 1023.4 m²

Layihənin əsas məqsədi sakinlər üçün rahat və estetik cəhətdən zəngin bir açıq ictimai mühit yaratmaqdır. Yaşıllıq, su elementi və oturacaq guşələri ilə tamamlanan piyada dostu planlama, eyni zamanda şəhər həyatına vizual və sosial dəyər qatır. Əraziyə düşən asfalt və daş örtüklər müasir şəhərsalma tələblərinə uyğun hesablanmışdır.

Cənub Regional bu layihə vasitəsilə şəhər mühitində keyfiyyətli, funksional və istifadəyə açıq yaşıl zona yaradaraq Ağstafa şəhərinin abadlaşdırılmasına töhfə vermişdir.