REAL TV Televiziya Kanalı
REAL TV Televiziya Kanalına məxsus ərazi üzrə hazırlanan memarlıq planlaşdırma layihəsi funksional və texniki baxımdan dəqiq yanaşma ilə tərtib olunmuşdur. Ərazidə həm mövcud, həm də layihələndirilmiş binalar bir araya gətirilərək müasir tələblərə cavab verən, səmərəli və istifadəyə yönəlik struktur formalaşdırılıb.
Layihə sahəsi üzrə əsas göstəricilər:
- Ayrılmış torpaq sahəsi: 0.11 ha
- Bina və qurğuların tikinti sahəsi: 324.2 m²
- Ərazinin tikinti faizi: 33.1 %
- Mövcud və layihələndirilmiş mərtəbələrin ümumi sahəsi: 1148.48 m²
- 1-6 mərtəbəli ofis binası
- 9 mərtəbəli mövcud yaşayış binası
Tikinti planında həm funksionallıq, həm də
estetik baxımından balanslı bir konsept formalaşdırılıb. Mövcud və yeni tikililər
arasında vizual və planlaşdırma uyğunluğu saxlanılıb. Şaquli və üfüqi həcm bölgüsü
tikinti sıxlığına nəzarət etmək üçün optimallaşdırılıb.
Cənub Regional bu layihədə də memarlıq dəqiqliyini, şəhərsalma standartlarını
və funksional planlamanı bir araya gətirərək REAL TV üçün rahat, effektiv və planlı
tikinti mühiti formalaşdırmışdır.