Müştəri / Şirkət:

Hövsan Yaşayiş Kompleksİ

Kateqoriya:

Yaşayiş Kompleksİ

Layihə sahəsi:

126.553,5 m²

Layihə yeri:

Hövsan

Hövsan Yaşayış Kompleksi

Hövsan Yaşayış Kompleksi — Bakı şəhərinin inkişaf edən bölgələrindən biri olan Hövsanda yerləşən, müasir urbanizasiya prinsiplərinə əsaslanan, funksional və estetik yaşayış məkanıdır. Ümumi sahəsi 126,553.5 kvadratmetr olan bu layihə Cənub Regional tərəfindən uğurla layihələndirilib və icra olunub.

Kompleksin tərkibinə

  • 14 və 12 mərtəbəli yaşayış binaları.
  • 1-ci mərtəbəsində qeyri-yaşayış sahələri olan bloklar
  • Uşaq meydançaları, idman sahələri (basketbol və futbol meydançaları)
  • İstirahət zonaları
  • Zibil konteynerləri üçün müasir təchizatlı sahə
  • Yeraltı nasosxana və transformator yarımstansiyası
  • Yerüstü avtomobil dayanacağı və xidmət sahələri daxildir

Cəmi 19 çoxmərtəbəli bina ilə yanaşı, layihədə şəhər infrastrukturuna inteqrasiya olunmuş sosial, texniki və ictimai obyektlər də nəzərdə tutulub. Bu yanaşma sakinlərin yalnız yaşayacağı bir məkan deyil, eyni zamanda rahat, təhlükəsiz və sosial baxımdan fəal bir mühit əldə etməsini təmin edir.

Cənub Regional bu layihədə memarlıq dəqiqliyini, funksionallığı və insan yönümlü planlamanı bir araya gətirərək, şəhərsalma baxımından nümunəvi və dayanıqlı bir kompleks inşa etmişdir.